Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İŞİD-in Əl-Fəllucadakı lideri məhv edildi

Amerikalı hərbçilər İraqın Əl-Fəlluca şəhərində yerləşən İŞİD qruplaşmasının lideri Maher əl-Bilauinin öldürülməsi xəbərini təsdiqləyiblər.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bununla bağlı keçirdiyi telebrifinqdə Pentaqonun Bağdaddakı rəsmi nümayəndəsi Stiven Uorren jurnalistlərə bildirib: «Biz 70-dən çox yaraqlı məhv etmişik ki, bunların arasında əl-Bilaui də var».

Onun sözlərinə görə, bombardman srağagün həyata keçirilib.

Eyni zamanda, Uorren İŞİD-in daha bir lideri — Fransa vətəndaşı Fabyen Kleynin öldürülməsi barədə heç bir məlumatı olmadığını deyib. «Şübhəsiz ki, biz bu xəbərləri görmüşük. Lakin mən bu barədə heç nə deyə bilmərəm», – Pentaqon rəsmisi qeyd edib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

ABŞ-da müsəlmanlardan qorxanlar üçün dərman buraxıldı

%d bloqqer bunu bəyənir: