Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İŞİD döyüşçülərinin sayı AÇIQLANDI

İraq və Suriyada “İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçülərinin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə azalıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brennan bildirib.

“Bizim qiymətləndirmələrimizə görə, İraq və Suriyada hazırda 18 mindən 22 minə qədər İŞİD döyüşçüsü var. Bu, ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azdır”, – CİA direktoru ABŞ Senatının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, Liviyada İŞİD döyüşçülərinin sayı 5-8 min nəfər təşkil edir.

Brennan həmçinin qeyd edib ki, Yəmən, Əfqanıstan, Pakistan və Misirdə bir neçə yüz İŞİD döyüşçüsü var. CİA başçısı bildirib ki, onlar həmin ölkələrdə digər terror qruplaşmalarının döyüşçüləri ilə əməkdaşlıq edirlər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ərdoğan: “PKK ermənilərlə birlikdə…”

%d bloqqer bunu bəyənir: