İŞİD-çilər ən azı 65 nəfəri edam ediblər


“İslam dövləti” yaraqlıları Mosulun cənubunda ən azı 65 nəfəri edam ediblər.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” kürd siyasətçisi Xoşiyar Zebariyə istinadən məlumat yayıb.

Zebarinin sözlərinə görə, edam üç gün öncə həyata keçirilib. O, həmçinin əlavə edib ki, terrorçular onlara qarşı hərbi əməliyyat başladıqdan sonra Mosul ətrafındakı kəndlərin sakinlərini girov götürürlər.

Naynava əyalətinin üzvü Abdul Rəhman əl-Vaqqaa öz növbəsində dəqiqləşdirib ki, edam edilənlərin əksəriyyəti İraq polisinin əməkdaşları və hökumət ordusunun əsgərləridir.

Paylaş:

Holland nazirin Kəmaləddin Heydərovu avtomobilindən qovduğu məlum oldu (TƏFSİLAT)

Sonrakı Yazı »

Hindistan mediasını barmağına dolayan “NASA təcrübəçisi”nin saxtakarlığı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: