Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
cams

İŞİD-çi idmançı millimizə necə gəlib?

Azərbaycan Güləş millisinin sabiq üzvü Çamsulvara Çamsulvarayevin Suriyada İŞİD terror təşkilatının tərkibində öldürülməsi dünya mediasında səs-küyə səbəb olub. Vaxtilə komandamız üçün önəmli simalardan sayılan idmançının radikal dini qruplaşmaların tərkibində döyüşməsi ölkəmizdə də birmənalı qarşılanmayıb.

Bəs, Çamsulvara Çamsulvarayev kimdir?
9 sentyabr 1984-cü ildə Rusiyanın Serqoqala şəhərində doğulan idmançı dağıstanlıdır. 2007-cu ildən Azərbaycan yığmasının şərəfini qorumuş güləşçi yığmamızın heyətində bir neçə turnirdə fəxri kürsüyə qalxıb. Çamsulvara Çamsulvarayev 2007-ci ildə Sofiyada keçirilən Avropa çempionatında bürünc medal əldə edib. Daha sonra 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bundan başqa 2008-ci ildə Tamperedə keçirilən Avropa çempionatında bürünc medal, 2009-ci ildə Herninqdə keçirilən Dünya çempionatında gümüş medal, 2009-cu ildə Vilnüsdə keçirilən Avropa çempionatında qızıl medalı boynundan asıb. Sonuncu dəfə 2010-cu ildə Bakıda keçirilən güləş üzrə Avropa Çempionatında bürünc medal qazanıb. . 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında da millimizi təmsil edən idmançı uğursuz çıxış edib.
İdmandan uzaqlaşdıqdan sonra Çamsulvara idmandan tamamilə getmiş və radikal qüvvələrə qoşulmuşdur. İŞİD terror təşkilatının sıralarında döyüşən idmançı 28 sentyabr 2016-cı ildə İraqın Mosul şəhərində güllələnib. Güləşçinin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
Əcnəbi idmançıların milliyə gətirilməsi zaman-zaman mediada müzakirələrə səbəb olur. Statistikaya nəzər salanda əksəriyyətinin uğursuz olduğu üzə çıxıb.
Çamsulvaranın da milliləşdirilməsində Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti, əslən dağıstanlı Maqomed Aliomarovun adı hallanır. O, London Olimpiadasında qadınlardan ibarət yığmamızda baş məşqçi kimi də işləyib.(qafqazinfo)
İŞİD-çi idmançı millimizə necə gəlib?

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Günaydan sünnət açıqlaması: “Çox güldüm”

%d bloqqer bunu bəyənir: