Advertisements
24 saat

İŞİD, “Cəbhətül-Nusra” və “Cundul Şam”ın tərkibində döyüşməkdə ittiham olunanların məhkəməsi başlayır


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunan Rufan Ağcabəyov və Martin Vladimirin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Təqsirləndirilən R.Ağcabəyovun vəkili hazırlıq iclasında iştirak etmədiyinə görə, proses mayın 27-nə kimi təxirə salıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar. Onlar Suriyada İŞİD, “Cəbhətül-Nusra” və “Cundul Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etməkdə ittiham olunurlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: