24 saat

İŞİD “Boko Haram”a yeni başçı təyin edib


Nigeriyada “Boko Harama” terror qruplaşmasının yeni başçısı məlum olub.

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi xəbərə görə, İŞİD tərəfindən təyin edilən Əbu Məsab əl-Bərnavi Əbubəkir Şekaunu əvəzləyib.

Bildirilir ki, yeni başçı müsəlmanların ziyarət etdiyi məscid və bazarlarda terror aktları törətməməyi söz verib.

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Qruplaşma ötən il “sədaqət andı” içərək İŞİD-lə birləşib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: