Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İŞİD-ə qoşulan “Abu Yusif” və “Abdulrahman”a hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı dəstələrin tərkibində döyüşməkdə ittiham olunan Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edir. Prosesdə hökm oxunub. Hökmə görə, Elşən İsmayılov 15, Mirrahim Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Elşən İsmayılov və Mirrahim Abdullayev bir qrup şəxslə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Fırıldaqçı şirkətin vurduğu zərər dəqiqləşdirilir

%d bloqqer bunu bəyənir: