Now Reading:
İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı Türkiyədə tutuldu
Full Article 30 second read

İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı Türkiyədə tutuldu



Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətində antiterror polisi İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşını həbs edib.

24saat.org virtualaz.org-a istinadən bildirir ki, həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. Polisin bildirdiyinə görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və Misir vətəndaşı həbs olunduqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra Hatay polisinin təcridxanasına yerləşdirilib.

Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək. Ehtimal olunur ki, bu şəxslər qəddar terror təşkilatının tərkibində döyüşmək üçün Suriyaya keçməsi planlaşdırırmış.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: