Loading...
Loading...
103037

İşğalçının təhlükəli strategiyası -Düşmən müharibəni seçir…

Ermənistandan təxribatçı gediş: sülh ideyası sabotaj edilir; Rəsmi Bakının Qarabağla bağlı son xoşməramlı jestləri və Ankara-Moskva yaxınlaşması İrəvanı yanlış seçimə tuş edib

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu il üçün regiona sonuncu səfəri də başa çatdı. Amerikalı həmsədr Ceyms Uorlikin verdiyi kasad açıqlamadan belə qənaət hasil oldu ki, vasitəçilər Qarabağ danışıqlarına heç olmasa, ilsonu hansısa töhfə vermək niyyətindədirlər. Bundan ötrü isə Azərbaycan və Ermənistan prezidentlərinin daha bir görüşünü reallaşdırmağa ümidlidirlər.

Ancaq prezidentlərin növbəti nəticəsiz görüşünə lüzum varmı – əgər ümumiyyətlə, işğalçı ölkə xüsusən də son vaxtlar məsələdə radikal mövqe və davakar ritorika sərgiləyir, Rusiyadan aldığı bəzi silahlarla Azərbaycana hədə gəlməyə çalışırsa?! Həmsədrlərin regionda olduğu vaxt isə Ermənistanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və prezident Serj Sərkisyanın hərbi müşaviri nümayişkaranə şəkildə işğal altındakı Dağlıq Qarabağda, Xankəndində idilər.

***

Bu harasıdır, Minsk Qrupu həmsədrləri İrəvanda olarkən onlara bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: “Bir qarış da olsun torpaq…” – hansı ki, “avtomatik strategiya olur”. Virtualaz.org-un məlumatına görə, bu haqda erməni KİV-inə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib.
89084

Yəni faktiki, rəsmi İrəvan danışıqlar prosesindən bütünlüklə çəkilmək fikrindədir. Bu, əlbəttə ki, vasitəçilik missiyasına qarşı böyük təxribat, sülhdən imtina və ən başlıcası, müharibə yolunu seçməkdir. Eyni zamanda konfliktin həlli üçün Azərbaycana savaşdan başqa heç bir başqa yol qoymamaqdır.

Ümid edək ki, vasitəçilər rəsmi İrəvanın pis-yaxşı aparılan danışıqlar prosesini, bütövlükdə sülh ideyasını sabotaj edən bu təhlükəli planı ilə bağlı konkret mövqe ortaya qoyacaqlar. Ən azı ona görə ki, Ermənistanın belə mövqeyi Minsk Qrupunun varlığını əhəmiyyətsiz edir.
635417072389769227_agdam-9
Başqa yandan, aydındır ki, erməni tərəfi “bir qarış da torpaq güzəştə gedilməyəcək” deyərkən Dağlıq Qarabağ ətrafındakı rayonları da nəzərdə tutur. Demək, işğalçı tərəf faktiki, müharibəni seçir. Təsadüfi deyil ki, son zamanlar həmin ərazilərdə – etnik təmizlənməyə məruz qalmış Azərbaycan ərazilərində düşmən ölkə yenidən Suriya ermənilərini yerləşdirmək həvəsinə düşüb. Görünür, aprel dərslərini unutmağa başlayıblar…

***
sergey_lavrov_large

İşğalçı ölkənin son de-marşları Azərbaycan prezidenti İlham Əliyevin “ərazi bütövlüyü məsələsində heç vaxt güzəşt olmayacaq” bəyanatı və “muxtar respublika” təklifi ilə təxminən eyni vaxta düşməsi, habelə Rusiya-Türkiyə münasibətlərinin istiləşdiyi dönəmə təsadüf etməsi ilə də diqqət çəkir. Xüsusən də Ankara-Moskva yaxınlaşmasını İrəvan həmişə özünə qarşı təhdid hesab edib və Qarabağ məsələsinə bu amilə ciddi təsir rıçaqı kimi baxıb.

tayyip-erdogan-with-vladimir-putin-11

Bugünlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun və XİN-in sözçüsü Mariya Zaxarovanın konfliktin həllində Ankaranın müsbət rol oynayacağı ilə bağlı fikirləri Ermənistanda ciddi narahatlıq doğurub. O üzdən gec-tez işğal altındakı əraziləri qaytarmaq zorunda qalacağını anlayan İrəvan belə siyasi manevrlərə əl atır, vaxt uzatmağa, status-kvonu, işğal rejimini saxlamağa çalışır.

Vaşinqtondakı “Qulf Steyt Analitiks”in məsləhətçisi, siyasi şərhçi Teodor Karasikin də hesab edir ki, Türkiyə amili Qarabağ məsələsində getdikcə daha fəal rol ola bilər (axar.az).
Image result for Ərdoğan Putin

“Rusiya və Türkiyə birinci Suriya, ikinci isə Qarabağ məsələsində əməkdaşlıq edir. Bu məsələlər birbaşa bağlı deyil, amma geosiyasi əlaqə var. Moskva rəsmi Ankaranın Dağlıq Qarabağa dair müzakirələrə qoşulmasını müsbət dəyərləndirir. Kremlin fikrincə, Türkiyənin konfliktin həlli istiqamətində danışıqlara qoşulması müsbət nəticə verə bilər” – ekspert vurğulayıb.

“Ankaranın, əlbəttə, Qafqaz mövzusunda köhnə incikliyi var və Rusiyanın Türkiyəni Qarabağ məsələsinə daxil etməsi siyasətinin gözləniləndən tam fərqli bir effekt verməsi ehtimalı da mövcuddur. Qarabağ və Suriya məsələsi arasındakı yeganə əlaqə proseslərə daxil olan oyunçularla bağlıdır. Yaxın Şərq krizisinin davam etdiyi müddətdə, böyük ehtimalla bunun əks-sədası Qafqazda hiss ediləcək, xüsusilə o halda ki, terrorçu-ekstremistlər Azərbaycana və ya ona qonşu Rusiya ərazilərindən birinə, məsələn, Dağıstana gedərsə”, – deyə analitik qeyd edib.

***

Bir sıra digər müşahidəçilərə görə də regionda Ankara-Moskva əməkdaşlığına hələ uzun müddət ehtiyac olacaq. Hesab edilir ki, ələlxüsus Suriya böhranının aradan qaldırılmasında bu iki dövlətin nə dərəcədə dil tapması Güney Qafqazla bağlı konfliktli situasiyaların çözülməsi üçün bir presedent, təcrübə ola bilər.

Bu mənada Qarabağın taleyi beynəlxalq təşkilatlardan daha çox, indi həm də Suriyada, Yaxın Şərqdə həll olunur.(musavat.com)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Xarici kantorlara giriş qadağan edilir – Prezident fərman imzaladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: