Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İşğala görə Bleyerə 2 milyon 600 kəlimədən ibarət ittiham

İngiltərə və ABŞ-in 2003-cü ildə İraqın işğalında rəsmi Londonun rolunu araşdıran komissiya yeni hesabat hazırlayıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ictimaiyyətə yeddi il sonra açıqlanan sənədlərdə bildirilir ki, İraqa müharibə elan edilməsi son seçim deyildi.

Böyük Britaniyanın İraq kampaniyasında iştirakını araşdıran komissiyanın sədri Con Çilkot 2 milyon 600 kəlimədən ibarət olan ittiham sənədində ölkənin həmin dövrdə baş naziri olan Toni Bleyerin xarici siyasəti kəskin tənqid edilir.

Hesabatda bildirilir ki, Böyük Britaniya qoşunu İraqa BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil olub: “Bleyer hökuməti İraqa hərbi müdaxilənin nəticələrini tam dərk etməyib”.

Con Çilkot İngiltərənin İraqın silahsızlaşdırılması yolunda sülh yolu ilə bütün addımları atmada işğalı seçdiyini bildirib. Araşdırma komissiyasının başçısının açıqlamasında bildirilir:

1. İngiltərənin İraq siyasətindəki qüsurlarda kəşfiyyat orqanları günahkar olduğu halda onlar cəzalandırılmayıb. 

2. İraq həmin vaxt böyük bir təhdid rolunu oynamırdı. Ölkədə hər hansı kimyəvi silahın olması barədə heç bir konkret fakt yoxdur. 

3. Həmin dövrdə baş nazir olan Toni Bleyerin “İşğaldan sonra İraqda olacaqları əvvəlcədən müəyyən etmək olmazdır” fikri doğru deyil. Çünki İraqda vətəndaş müharibəsinin olacağı və Əl-Qaidənin fəaliyyəti barədə xəbərdarlıqlar var idi. 

4. Toni Bleyer 2002-ci ilin iyul ayında həmin dövrdə ABŞ prezidenti olan Corc Buşa məktubunda yazıb: Nə olur – olsun səninləyəm. 

Çilkot sənədlərdə 2003-2009-cu illərdə İraqda 179 ingilis əsgərinin həyatını itirdiyini  yazıb. Həmin əsgərlərin ailələrinin müxtəlif çətinliklərlə üzləşdiyi qeyd edilir.

Həmin dövrdə baş nazir olan Toni Bleyer isə bildirib ki, İraqda buraxdığı səhvlərə görə, məsuliyyət daşımağa hazırdır. Bununla yanaşı, o bildirib ki, Səddam Hüseynin devrilməsi zəruri idi.

İraqda müharibə 2003-cü ilin yazında başlayıb. O zaman ölkəyə ABŞ və onun müttəfiqlərinin hərbi qüvvələri daxil oldu. Həmin vaxtdan etibarən İraqda qanlı terror hadisələri törədilir. İŞİD və Əl-Nüsrə kimi terror təşkilatları ölkənin qərbini işğal altında saxlayırlar.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İsrail Rusiyanın Ermənistana qarşı münasibətindən hiddətlənib – EKSKLÜZİV

%d bloqqer bunu bəyənir: