Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İşğal altında olmayan torpaqlarımızın işğalı

Ən böyük böhran hökumət komandasının özüdür

Ölkə başçısı Ilham Əliyevi Nazirlər Kabinetinin sonuncu iclasında bildirdi ki, əkinə yararlı topraq sahələrini dövlət məmurları zəbt edib. Əlbəttə, bu yeni xəbər deyil və torpaqları zəbt etmiş məmurların kimliyi də məlumdur. Ilham Əliyev də çıxışı zamanı bildirdi ki, adlar ona məlumdur. Amma nə bu adlar çəkildi, nə də bu adamların cəzalandırılacağı bildirildi. Əgər məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edib, torpaq zəbt edirsə, bu torpaqlarda şəxsi planlarını həyata keçirirsə, əlbəttə, bunun bir cəzası olmalıdır.

Əliyevin zəbt olunmuş torpaqlarla bağlı açıqlamasından sonra bu məsələ gündəmə gəldi və yeni faktlar ortaya çıxdı. Statistika Komitəsinin yaydığı məlumatlardan aydın olur ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb. Bu da məlumdur ki, qanunsuz balıq gölünün, daş karxanalarını sadə vətəndaş yarada bilməz. Bu obyektlər ya məmurlara məxsusdur, ya da bunun müqabilində yuxarılara külli miqdarda “haqq” verilir. Yəni hər iki halda məmur özbaşınalığı ön palan çıxır.

Daha dəhşətli statistika budur ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində 1.2 mln. hektar torpaq sahəsi var. Söhbət dövlət və bələdiyyə mülkiyyətində olan torpaqdan gedir…

800 mindən artıq xırda və orta özəl mülkiyyətçinin əlində isə cəmi 1.4 milyon torpaq var.

Siz bölgünün “ədalət”inə diqqət edin. 20 min adam 1.2 milyon hektara, 800 min xırda mülkiyyətçi isə 1.4 milyon hektara sahib olub.

Sonra da utanmadan sahibkarlara qayğıdan, kənd təsərrüfatının inkişafından, kəndliyə pay torpaqlarının verilməsindən danışırlar. Yuxarıdakı rəqəmlərin müqayisəli təhlili də göstərir ki, həyatını torpağa həsr etmiş fermerlər 1.2 hektar torpağın ümidinə qalıblar. Yəni əkinə yararlı sahələr əkinçinin, fermerin, bu işi bilənlərin əlində deyil. Bütün sahələr kimi torpaq sahələri də iri məurların əlində cəmləşib. Əslində, iqtisadiyyatın neftdən asılı vəziyyətdə olmasının, kənd təsərrüfatının iflic vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Ölkə məmurlar tərəfindən zəbt olunub və kəndliyə yararsız sahələr qalıb. Hansıki, bu illər ərzində ədalətli torpaq bölgüsü olsaydı, kəndliyə əlverişli şərait yaradılsaydı, işi bilən adamlara əngəl yaradılmasaydı, bu gün başqa mənzərənin şahidi olardıq. Indiki halda isə Kənd Təsərrüfatı Nazirliyi rayonlarda hansısa şöbənin tikilməsiylə öyünür. Bu qədər münbit torpağı, əlverişli təbiəti olan ölkənin vətəndaşı mövsümi meyvələrdən bəhrələnə bilmir, ölkənin bütün bölgələrində meyvə-tərəvəz yetişir. Amma bütün meyvələr xaricdən alınır, vətəndaşın meyvə-tərəvəzə olan tələbatını da ödəyə bilmirlər.

Məmurlar 100 min hektarlarla torpaqları hasarlayanda, yararlı torpaqlarda yararsız işlər görüləndə, nəticə belə də olmalıydı. Bəli, bu ölkənin fəlakətli vəziyyətinin qlobal böhranla, neftin qiymətinin ucuzlaşmasıyla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq ölkə böhran təfəkkürlü adamların əlində girova çevrilib. Heç bir böhran hakimiyyət komandasından daha qorxulu ola bilməz.

Gözləri o qədər ac, düşüncələri o qədər yoxsuldur ki, hektarlarla ərazini hasarlayıb ata malına çeviriblər. Bu illər ərzində yığdıqları milyonlar gözlərini doydurmayıb, hələ də mənimsəməyə, oğurlamağa, ələ keçirməyə davam edirlər. Sanki, bu qədər sərvəti özləriylə qəbirə aparacaqlar.

Bir sözlə, yuxarıdakı statistik rəqəmlər də göstərir ki, bu hakimiyyət heç vaxt qeyri-neft sektorunu inkişaf etdirə bilməz, heç vaxt torpağı dövlət üçün mənfəətə çevirə bilməz. Əlacları olsa, havanın qarşısını da kəsərlər.

azadliq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycan Müdafiə Nazirliyi KİV rəhbərlərinə müraciət etdi

%d bloqqer bunu bəyənir: