Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İşçisi Razi Nurullayevə 10 min manat “atdı” – Sədri Kəsəmənlidən küsdürən şok səbəb

AXCP adı ilə manipulyasiya edərək hökumətin “molodes”ini və maddi dəstəyini qazanmaq eşqinə düşən Razi Nurullayev ciddi problemlə üzləşib.
24saat.org-a daxil olan məlumata görə, bu işə pul qazanmaq niyyətilə qol qoyan Razi Nurullayev ciddi pul itkisi ilə qarşılaşıb. İlk vaxtlar ayrılan maliyyənin əhəmiyyətli şəkildə azalması azmış kimi, Razi Nurullayev indi də ətrafındakıların dələduzluğu sayəsində əməlli-başlı iflas həddinə çatıb.
Saytımıza daxil olan məlumata görə, “həşəmətli sədr” təşkilat şöbəsinin müdiri vəzifəsində çalışan Ələddin Qarayevin (Kəsəmənli) fırıldağı nəticəsində nə az, nə çox-düz 10 min manat ziyana düşüb. Belə ki, Razi Nurullayev Ələddin Qarayevə bu ilin mart ayında 10 rayonda yerli təşkilat şöbələrini qurmaq üçün 10 min manat pul verib. Ələddin Kəsəmənli isə bütün məsuliyyəti üzərinə götürərək “fəaliyyətə” başlayıb. Fəaliyyəti isə ondan ibarət olub ki, Bakının müxtəlif yerlərində çayxanalarda ətrafına 10-15 nəfər yığaraq, həmin “toplantılar”ın fotoları ilə sədri rayonlarda təşkilat qurduğuna inandırıb. Əslən Qazaxdan olan Ələddin Qarayevin sədrə “atdığı” həmin pulla adıçəkilən rayonda özünə ev tikdirdiyi də daxil olan məlumatlar arasındadır. Razi Nurullayev isə bundan çox gec xəbər tutub, iş-işdən keçdikdən sonra isə sədr Ələddin Kəsəmənlini tutduğu vəzifədən azad edib. Əvəzində isə bütün maliyyə işlərini İdarə Heyətinin üzvü Kamil Babayevə həvalə edib.
Ötən gün isə Razi Nurullayev həmin Kamil Babayevi özünə təşkilati məsələlər üzrə müşavir təyin edib. Cebhe.info müşavir təyin olunan Kamil Babayevin “Qərb” Universitetinin məzunu olduğunu yazsa da mənbəmiz israrla onun 5-ci sinif təhsilli olmasını bildirir.
Nazim
24saat.org

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ümid Partiyasının sədr müavini istefa verdi

%d bloqqer bunu bəyənir: