İşçilərini öpüşməyə məcbur edən müdir danışdı – Video


Az əvvəl Çində bir zavod müdirinin qadın işçilərinə qəribə qayda tətbiq etməsi haqqında xəbər vermişdik. Bildirmişdik ki, pivə maşını zavodunun müdiri hər səhər qadın əməkdaşlarının onu dodağından öpməsini tələb edir.

Qadın işçilər də öz növbələrində hər gün səhər işə başlamazdan əvvəl 09.00-09.30 arasında müdirlərini öpmək üçün sıraya düzülürlər.

Onu da bildirmişdik ki, işçi qadınlar bu vəziyyətdən narahat olsalar da işlərini itirməmək üçün müdirlərinin bu istəyini yerin yetirməyə məcburdular.

Moderator.az xəbər verir ki, zavod müdirinin tətbiq etdiyi bu qeyri-adi tələbin görüntülər mətbuatda və sosial şəbəkədə yayıldıqdan sonra istifadəçilər tərəfindən müdirə qarşı sərt reaksiyalar başlayıb. Bəziləri bunu müdirin azğınlığı kimi qiymətləndirib.

Müdir isə təmkinini pozmadan yazılan sərt ifadələri cavablayıb. O, bildirib ki, işçiləri ilə öpüşməsində heç bir qəbahət yoxdur. Əksinə, onun bu qaydası müdirlə işçilərin münasibətlərinə müsbət təsir edir və onların günə enerjiylə başlamasını təmin edir.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Saakaşvili fövqəladə vəziyyət elan etdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: