Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İsa Qəmbər: “Bizi çətin yay gözləyir”

“1995-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bir sıra ciddi nöqsanları var idi. O qədər ciddi ki, biz Müsavat Partiyası olaraq seçiciləri bu Konstitusiyanın əleyhinə səs verməyə çağırdıq. Amma bunun Əliyev rejimi konstitusiyası olmasını nəzərə alsaq normal sənəd saymaq olar, yəni daha pis ola bilərdi”.

 

24saat.org-n verdiyi xəbərə görə, bunu Müsavatın eks-başqanı İsa Qəmbər Feysbuk səhifəsində bildirib. Onun sözlərinə görə, hökumət belə “yaxşı” sənəd qəbul etdiyindən peşman olub: “Hər 7 ildən bir referendum keçirib Konstitusiyanı daha da pisləşdirirlər. 2002-ci il dövlətdə ikinci şəxs olmaq və prezidenti əvəz etmək yetkisi parlament sədrindən alınıb baş nazirə verilir. 2009-cu il eyni şəxsin 2 müddətdən çox prezident ola bilməməsi məhdudiyyəti ləğv edilir. 2016-cı il indi də prezidentliyə namizəd yaşının aşağı həddinin ləğvi, prezidentlik müddətinin 7 ilə qaldırılması, preizdentin səlahiyyətlərinin artırılması, parlamentin, baş nazirin və bütün vətəndaşların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasına can atırlar. Bizi və bütün xalqı çətin yay gözləyir. Bu rejimin monarxiya yolunda növbəti addımının qarşısının alınması üçün mümkün hər şeyi etməliyik”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

BAXCP Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstləyir, amma…

%d bloqqer bunu bəyənir: