Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İsa Qəmbər: “Əsl oyun başladı və biz bitdi demədən bitməz “

Sabiq Müsavat başqanı iddialı danışdı

“Əsl oyun başladı. Biz bitdi demədən bitməz”.

24saat.org-un verdiyi xəbərə görə, bunu ötən gün keçirilən “Qarabağ” – Düdelanj” matçını stadionda izləyən Müsavatın eks-başqanı İsa Qəmbər açıqlayıb.

İ.Qəmbər Müsavat rəhbərliyi ilə birlikdə Tofiq Bəhramov adına stadionda oyuna baxıb. O, şəhid polkovnik Raquf Orucovu da xatırlayıb:

“Müsavat partiyası və MSDM rəhbərləri kimi deyil, azarkeş olaraq Arif Hacılı, Elman Fettah, Abulfaz Sadigov, bəndəniz və digər dostlarımız burdaydıq, dəstək verdik, bir az həyəcanlandıq və sevindik.

Qarabağ fanlarının şəhid polkovnik Raquf Orucovun 44 illiyini onun portretini qaldırmaqla qeyd etmələri çox təsirli idi. Zaqatala futbol fanlarının lideri Ingilab Soltanovun Bakıya gəlib Qarabağı dəstəkləməsi xüsusən zövq verdi. Azarkeş belə olar! Hər zaman və hər yerdə qələbəyə inamla”

Qeyd edək ki, görüşdə Ağdam klubu 2:0 qalib gəlib.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“AXCP-nin mənimlə bağlı 20 il bundan əvvəlki qərarına ehtiyac yox idi”

%d bloqqer bunu bəyənir: