Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
31076951.png

İş yoldaşına zamin durdu, çörək pulundan oldu – Video

Azərbaycanda banklar aylıq ödənişi gecikdirən müştərilərə qarşı qanunsuz addımlar atmaqda davam edir.

Belə hadisələrdən biri Bərdədə məskunlaşan məcburi köçkün Nizaməddin Məmmədovun başına gəlib.

O, bir neçə ay öncə kredit götürən müəllim həmkarına zamin durub. Həmin şəxs aylıq ödənişi gecikdirdiyindən Nizaməddin Məmmədovun çörək pulu kəsilib.

Maraqlısı budur ki, cəmi 1 aydır banka borcunu ödəməyən müştəri məhkəməyə verilmədən, hər hansı qərar qəbul edilmədən onun və zaminin əməkhaqqı hesabından və çörək pulundan borc məbləği çıxılıb.

Üstəlik, N.Məmmədovun müavinət hesabında qarşıdakı ayların ödənişinə də mənfi işarəsi qoyulub. Yəni zamin durduğu adamın əvəzinə hər ay onun çörək pulu kəsiləcək.

Hüquqşünas Anar Ramazanlı xəzər xəbər-ə açıqlamasında bankın qanunsuzluğa yol verdiyini deyib. Onun sözlərinə görə, borcluya, eyni zamanda zaminə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdursa, bank kredit müqaviləsində nəzərdə tutulan məbləği nə borclu, nə də zaminin digər gəlirlərindən götürə bilər.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

"İqtisadiyyatımız çox ağır xəstədi…" – İqtisadçı professor…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: