Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rr-277

İş adamları “Lotu Quli”yə qarşı birləşdi – SİLAHLI DƏSTƏLƏR yaradılır

Hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamlarının Ukraynada yaşayıb işləyən azərbaycanlı biznesmenləri incitdiyi, onları ağır “vergi”lərə məhkum etdiyi, bu pulları verməyənləri isə döydürdüyü, qaçırdığı barədə məlumat verilmişdi.

Ukraynada işləyən azərbaycanlılardan BakiPost.az-a verilən məlumata görə, biznesmenlər mərhum kriminal avtoritet Rövşən Lənkəranski ilə aralarında olan davanın qisasını azərbaycanlı iş adamlarından almağa çalışan Lotu Quliyə qarşı tədbir görməyə başlayıb. Ukraynada işləyən azərbaycanlılar Qulinin adamlarının özbaşınalıqlarından bezərək onlara adekvat cavab verməyə qərar veriblər. Biznesmenlər avtoritetin adamlarının onlardan tələb etdiyi xəracın az bir hissəsini öz aralarında toplayaraq xüsusi dəstələr yaratmağa başlayıblar. Həmin dəstələr oradakı biznesmenlərin mühafizələrini təşkil edəcək və Lotu Qulinin adamlarının təhdidlərinə adekvat cavab verəcək.
Mənbə onu da əlavə edir ki, iş adamları artıq Bakıdakı əlaqələrindən istifadə edərək, Lotu Qulinin Ukraynada və Azərbaycandakı adamlarının yaxın ətraflarının da siyahısını hazırlayır. Məlumata görə, bu işlərdə onlara mərhum Lənkəranskinin Bakıdakı və Kiyevdəki adamları köməklik göstərir.

Ukraynadakı silahlı mühafizəçiləri də azərbaycanlı iş adamlarına məhz Rövşənin yaxın adamları tövsiyə edib.
Biznesmenlərdən əldə olunan məlumatlardan belə görünür ki, bu qovğa hələ yenicə başlayır və xərac davası Ukraynada hələ çox azərbaycanlının qanını axıdacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: