Loading...
Loading...
100430.jpg

İşə düzəltmək adıyla gözəl hicablı qızları… – Rəzalət / Video

Bir müsəlman xanım  gözəl qızları dolandıran cinayətkar sxemi ifşa edə bilib…

Dünyada hər növ dələduzluğun artdığı bir zamanda internet resursları  fırıldaqçılar üçün ən sərfəli vasitəyə çevrilməkdədir.  Son onilliklərdə işə düzəltmək adıyla  insanları dolandıran “işverənlər” də çoxalmaqdadır. Onlar xüsusən qadınları aldatmağa üstünlük verirlər.  Dələduzlar hətta hicablı xanımları da yoldan çıxarmağın üsullarını tapıblar.
Moderator.az-ın xarici islam saytlarına istinadla yazdığına görə, belə cinayətkar sxemlərdən birini misirli müsəlman xanım  Meyi İbrahim ifşa edib.
Meyiyə hansısa  “müsəlman dizayner xanım”a məxsus olan akkauntdan müraciət daxil olub. Həmin “dizayner” guya sosial şəbəkələr vasitəsilə kadrlar toplamaqla  hicablı modellərlə işləməsi təəssüratını yaradıb. Danışıqlar zamanı müştəri xanıma “Skayp” vasitəsilə ünsiyyət yaratmaq təklif edilib. Hər şəy çox həqiqətəuyğun qurulub. Meyi xanıma model agentliyinin saytını göstərərərək onun işə düzəlmək üçün ilkin ödəniş etməyə də sövq edə biliblər. Ancaq ayıq misirli xanımı “Feysbuk” və “İnstaqram”dan göstərilmiş fotoların “dizayner”i qane etməməsi şübhələndirib.  Belə ki,  Meyiyə guya fiqura parametrlərini öyrənmək üçün birbaşa “Skayp”la video-rejimdə açıq bədənini nümayiş etdirməyi  təklif ediblər.  Amma müsəlman qız bu rəzalətdən imtina edib və məsələni araşdırmağa başlayıb. İnternetdə və sosial şəbəkələrdəki dostlarının köməyi ilə apardığı araşdırmalardan məlum olub ki, artıq nəfsinə aldanıb “Skayp”da yad adamlar qarşısında soyunan onlarla sadəlöhv hicablı xanım bu cür yalançı “dizayner”lərin qurbanı olub.
Məsələ ondadır ki, gözəl qızların  çılpaq bədəninin video-sessiyasını əldə etdikdən sonra dələduzlar onları şantaş etməyə başlayır. Yəni dedikləri iri məbləğdə pulu ödəmədikləri halda həmin video-rolikləri internetdə yaymaqla hədələyirlər. Pul ödəməkdən imtina edən hicablı xanımların xeylisinin video-rolikləri artıq sosial şəbəkələrdə yayılıb. Bu da onların valideynləri tərəfindən evdən qovulmalarına, yaxud ailələrinin dağılmasına və s. faciələrə gətirib çıxarıb.
Vaxtında ayıldığından belə dələduzluğun qurbanı olmadığı üçün özünü xoşbəxt hiss edən Meyi İbrahim bütün müsəlman bacıları  iş axtararkən və xüsusilə,  bu və ya digər məqsədlərlə internetdən istifadə zamanı ayıq olmağa çağırır…
 
 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyənin ədliyyə naziri: “Fətullah Gülən ABŞ-dan qaçmaq istəyir”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: