İraqda PARTLAYIŞ: 10 ölü


İraqın paytaxtı Bağdad və Ramadi şəhərlərində törədilən partlayışlar nəticəsində 10 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

24saat.org xarici KİV-ə istinadən xəbər verir ki,Ramadi şəhərinin şərqində terror təşkilatı İŞİD tərəfindən yerə döşənilən bombanın hərbi maşınların keçişi zamanı partladılması nəticəsində 7 əsgər həyatını itirib, 13-ü isə yaralanıb.

 

Bağdadın Talibiyye bölgəsində isə bomba partlaması nəticəsində 3 nəfər ölüb və 14 nəfər isə yaralanıb.

 

Qeyd edək ki ,İŞİD terror təşkilatı İraqın bəzi bölgələrini ələ keçirməsinin ardından paytaxt Bağdad başda olmaqla müxtəlif şəhərlərdə partlayışlar törətməyə davam edir.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Dəniz Baykalın seks kasetində Gülən izi…

%d bloqqer bunu bəyənir: