İraqda məsciddə 12 nəfər ölüb


İraqda Abu Ghraib məscidə partlayıcı jileti geyinmiş intiharçı hücum edib, azı 12 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu məscid Bağdaddan 15 mil qərbdə yerləşir.

İyunun 27-də törədilmiş partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bir neçə gün öncə İraq hökuməti Bağdaddan qərbdə yerləşən Fəllücə şəhərini İslam Dövləti (İŞİD) yaraqlılarından təmizlədiyini elan edib.

Hadisə dindarların iftardan sonra namaza yığışdığı zaman baş verib. Bu ərazidə daha çox sünnilər yaşayır.

İŞİD tərəfdarlarını Ramazan ayı boyunca hücumları artırmağa çağırıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Türkiyədə növbəti terror aktı

%d bloqqer bunu bəyənir: