Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
62780

İraq Türkiyəyə etiraz notası verib

İraq Türkiyəyə nota verib.

APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Bağdaddakı səfiri Faruq Kaymakçı İraq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.

İraq XİN rəsmisi Əhməd Camal bildirib ki, Mosul yaxınlığındakı Başika hərbi düşərgəsində olan Türkiyə hərbçiləri ilə bağlı Türkiyənin səfirinə sərt üslubda yazılmış etiraz notası təqdim olunub.

Qeyd edək ki, keçən həftə Türkiyə İraqın Ankaradakı səfiri Əli Əkbər İbrahim əl-Ələvi Xarici İşlər Nazirliyinə çağırılıb. İraqın səfirinə həm şifahi, həm də yazılı olaraq rəsmi Ankaranın etiraz notası verilib.

Xatırladaq ki, Mosul yaxınlığındakı Başika hərbi düşərgəsində Türkiyə hərbçiləri ilə bağlı Bağdad və Ankara arasında gərginlik yaranıb. İraq Başika hərbi düşərgəsindəki Türkiyə hərbçilərinin çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına şikayət edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Kişiləri qadınlaşdıran toyuq əti – DÜNYA ŞOKDA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: