Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

İraq neft ixracını artırıb

İraqın neft ixracı iyul ayında 3,2 mln. barel təşkil edib.

“Report”, “Bloombergt” agentliyinə istinadən xəbər verir ki, İraqın Neft Nazirliyindən verilən məlumata görə, iyul ayında neft ixracı 25 min barel və ya 0,8% artım göstərib. İxrac olunan neft hamısı ölkənin şimalındakı Bəsrə limanından ixrac edilib.

İraqın ixrac etdiyi neftə İraq Kürd muxtar regionunun öz ərazilərindən və Kərkükdən hasil etdikləri və Türkiyənin Ceyhan limanından ixrac etdikləri neft aid edilmir.

Almaniya “Commerzbank AG” analitiki Oygen Vaynberg (Eugen Weinberg) deyib ki, hazırda neft bazarında pessimist əhval-ruhiyyə mövcuddur. Onun fikrincə, neft qiymətləri 40 dollar/barel ətrafında sabitləşəcək, ilin sonuna qədər isə 50 dollar/barelə yüksələcək.
Xatırladaq ki, hər həftə ABŞ-ın neft-qaz sektoru xidmət şirkəti “Baker Hughes”in həftəlik hesabatına əsasən keçən həftə ABŞ-da aktiv neft qazma quyularının sayı 3 ədəd və ya 0,8% artaraq 374-ə yüksəlib. Aktiv neft quyularında artım 5 ardıcıl həftədir davam edir və 44 ədəd və ya 13,3% olub.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ABŞ-dan növbəti Gülən mesajı

%d bloqqer bunu bəyənir: