Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İranla Səudiyyə arasında münasibətlər getdikcə gərginləşir

İranın Ali dini lideri Əli Xamneyinin Səudiyyə rəhbərlərini “cılız və düşüncəsiz şeytanlar” adlandırması Ər-Riyadda kəskin etirazla qarşılanıb. Xamneyi Ər-Riyadı Amerika və sionizmə bağlı olmaqda günahlandırıb:
“Bu il mömin iranlı zəvvarların Həcc mərasiminə qatılmasının qarşısını alan Səudiyyə hökmranları üzü qara azğınlardır. Onlar öz zülmkar hakimiyyətlərini qoruyub saxlamaq üçün Amerikanı və sionizmi dəstəkləyir, onların dediyini yerinə yetirir və bu işdə heç bir cinayətdən üz döndərmirlər. Hesab edirəm ki, dünya müsəlmanları və bütün müsəlman ölkələr Səudiyyə Ərəbistanının Allahdan xəbərsiz siyasətçilərinin, dinsiz və vicdansız, fitnəkar hökmranlarının yaxasından tutmalı, Həcc mərasiminin idarəsi üçün əsaslı bir yol tapmalı, bu barədə fikirləşməlidirlər”.
Xamneyinin bu fikrinə Səudiyyə Ərəbistanının müfti əzəmi Əbdüləziz əl Şeyx cavab verib. O, Xamneyinin bu çıxışından təəcüblənmədiyini deyib: “Biz bunu bilməliyik ki, iranlılar müsəlman deyil. Çünki onlar “məcus”ların (zərdüştilərin, atəşpərəstlərin) övladlarıdır və onların müsəlmanlara, o cümlədən də sünnilərə qarşı düşmənçiliyi qədimlərə gedib çıxır. Buna görə də İran liderinin bu bəyanatı heç də təəccüb doğurmur”.
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Tvitter hesabında Əbdüləziz əl Şeyxin iranlara qarşı son bəyanatına reaksiya verib: “Həqiqətən də, iranlıların və əksər müsəlmanların islamı ilə vəhhabilərin yüksək rütbəli ruhanisinin təbliğ etdiyi quru və radikal islamı, eləcə də Səudiyyənin terror ərbablarının islamı arasında heç bir oxşarlıq yoxdur”.

Azadliq.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Lavrovla Con Kerri Cenevrədə Suriyadan danışacaqlar

%d bloqqer bunu bəyənir: