Advertisements
24 saat

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək


İranın xarici işlər naziri Cavad Zərif Türkiyəyə rəsmi səfər edəcək.

Türkiyə mətbuatının məlumatına görə, səfər sabah – iyul ayının 12-də baş tutacaq.

Cavad Zərif türkiyəli həmkarı Mövlud Cavuşoğlu ilə görüşdükdən sonra onu prezident Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

Görüşlərdə ikitərəfli əlaqələrin bütün istiqamətləri, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: