Loading...
Loading...

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidentinə məktub yazıb

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidenti Barak Obamaya məktubla müraciət edib.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Həmin məktub avqustun 8-də İsveçrənin İrandakı səfirliyinə təqdim edilib.

İranın 9 və 10-cu prezidenti Mahmud Əhmədinejat məktubda İslam Respublikasının 2 milard dollarlıq əmlakını verməsini istəyib. O, ABŞ-ın İrana qarşı siyasətini də tənqid atəşinə tutub.

Qeyd edək ki, ABŞ-ın Ali Məhkəməsi 2014-cü il iyulun 9-da İranın 2 milyard dollarlıq əmlakına həbs qoyub. 2016-cı il aprelin 20-də isə həmin məhkəmə İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqqında qərar qəbul edib.

Məlumata görə, bu məbləğ ABŞ-ın terrordan zərərgörən 241 əsgərinin ailəsinə veriləcək.
Xatırladaq ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı Beyrutda “İslami-Cihad” və “Hizbullah”ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Donald Tramp böyük vergi güzəştləri vəd edib

%d bloqqer bunu bəyənir: