Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İranın görünməyən üzü: İçki məclisləri… Siğə partiləri… Və ERMƏNİ ARAĞI…

İranda 1979 –cu ildə baş verən İslam inqilabından sonra ölkə şəriət qanunları ilə ciddi şəkildə idarə olunmağa başlanıldı və bir çox mərasimlər, o cümlədən əyləncə məclisləri  qadağan edildi.


Türk mediası xəbər verir ki,  ən ciddi qadağalardan spirtli içki və seks yığıncaqlarını misal göstərmək olar. Lakin heç də hər şey kənardan göründüyü kimi deyil.

İranlılar bu qadağalara məhəl qoymurlar. Sadalayacağımız faktlar sizləri dəhşətə gətirəcək.

Ölkədə spirtli içki istehsalı, o cümlədən  idxalı qəti qadağandır. Lakin qeyri-qanuni yollarla İrana araq, çaxır, pivə, viski və s. gətirilir. İran İnqilabi Gözətçiləri, yəni  “Sepah” bu işi həyata keçirir.

“Sepah”-ın özünəməxsus gömrük və nəzarət məntəqələri var. Qanundan kənar fəaliyyət göstərərək küli miqdarda gəlir əldə edirlər.

İranda spirtli içki biznesinə “Sepah” nəzarət edir. Qadağan olunan ABŞ istehsalı  mallar qeyri-qanuni şəkildə ölkəyə gətirilir.   Əsasən spirtli  içkilər “qarabazar”-da satılır. İdxal zamanı bəzi prosedurlar həyata keçirildiyindən qiymətlər də yüksək olur.

İranda spirtli içkiləri əsasən zənginlər alır.  Lakin bu olduqca təhlükəlidir. Sərxoş insanı İranda ən azı həbs cəzası gözləyir.

Belə bir sual yaranır. Əgər spritli içki qanunla qadağandırsa, onda onu sözügedən ölkədə harada və necə içirlər?

Zəngin iranlılar kef məclislərini yalnız evlərində təşkil edərlər. Varlılar paytaxt Tehranın şimalında daha çox məskunlaşıb.

Kef məclisləri yalnız tanış insanlar ətrafında təşkil edilir. Bu bir növ “oturuşmuş şəbəkə sistemi”-ni xatırladır. Yəni, yad insanın bu kimi əyləncə məsliclərində olması mümkünsüzdür.

Bu məclislərə qadınlar uzun və tam qapalı geyimdə gəlir. Xüsusi yoxlamadan keçdikdən sonra onlar üçün tamam fərqli mənzərə açılır. Ənənəvi geyimlər atılır. Mini “yubka”, dekolte geyimlər, dar şalvar bunları əvəzləyir.

Kef məclislərində erməni arağı içilir. Bəli düz eşitsiniz. İranda çox az sayda erməni yaşasa da onların spirtli içki qəbul  etməkdə sərbəstdirlər. Müəyyən maddiyyat qarşılığında ermənilər rahat şəkildə əyləncəsindən də qalmırlar.

Əsas məqama keçək:

İranlı qadınlar kişilərlə birlikdə rəqs etməkdən belə çəkinmirlər. Ümumiyyətlə İranda  “muta nikahı” deyilən bir şey var. Belə ki, birneçə saatlıq, həftəlik, yaxud aylıq nikah bağlanır. Bununla da , cütlük qorxub-çəkinmədən rahat şəkildə sekslə məşğul ola bilər.(Yenicag.az)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rusiya İŞİD-i belə bombaladı – VİDEO

%d bloqqer bunu bəyənir: