Advertisements
24 saat

İranın ən iri qaz yatağı yanır


İranın ən iri qaz yataqlarından olan Cənubi Fars yatağında yanğın baş verib.

Trend-in məlumatına görə, yanğında xəsarət alan yoxdur.

Buşer əyalətinin fövqəladə hallar xidmətinin əməkdaşı bildirib ki, yanğın yatağın ərazisindəki qaz tullantıları anbarında baş verib və alovun komleksdəki digər obyektlərə keçmə təhlükəsi yoxdur.

Qeyd edək ki, Cənubi Fars yatağı Fars körfəzinin mərkəzi hissəsində yerləşən ən iri qaz yatağıdır. Yatağın ümumi qaz ehtiyatı 12 trilyon kubmetrdir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: