Advertisements
24 saat

İrandan Türkiyəyə "Mosul mesajı"


İranın ali lideri Ayətullah Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti İranın Mosul əməliyyatına qoşulmaq niyyətində olmadığını bildirib.

Trend-in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, Mosul əməliyyatına İraq istisna olmaqla, hər hansı bir ölkənin qoşulma haqqının olmadığını deyən Ə.Vilayəti qeyd edib ki, bəzi ölkələr İraq rəhbərliyindən icazə almadan bu ölkəyə hərbi qüvvə göndərib: “Bu məsələ beynəlxalq qaydalara ziddir. Bu ölkələrin məqsədi gələcəkdə oradan miras tələb etməkdir”.

Ə.Vilayətinin bu açıqlamasını isə KİV İranın Mosul əməliyyatına qoşulmaqda israr edən Türkiyəyə üstüörtülü mesajı kimi dəyərləndirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: