Now Reading:
İrandan Türkiyəyə JEST
Full Article 40 second read

İrandan Türkiyəyə JEST



İranla Türkiyə arasında münasibətlərin inkişafı üçün uyğun zəmin yaranıb.

24saat.org teleqraf.com-a istinadən bildirir ki, İranın Türkiyədəki səfirliyinin yaydığı açıqlamada belə deyilir.

Səfirliyin açıqlamasında iki ölkə prezidentinin telefon danışığında İran və Türkiyə xalqları arasında dərin ortaqlığa toxunulduğu, Tehran-Ankara münasibətlərinin bütün sahələrdə mümkün qədər inkişaf etdirilməsi üçün mühitin mövcud olduğu vurğulanıb.

Açıqlamada İran prezidenti Həsən Ruhaninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iyulun 7-dəki telefon danışığında Türkiyə xalqını Ramazan bayramı münasibəti ilə təbrik etdiyi, İranla Türkiyənin çoxsaylı ortaq dəyərlərinin olması səbəbi ilə regionun problemlərinin həllində, xüsusən terrorizmlə mübarizədə birgə mübarizə aparmalı olduqları qeyd edilib.

İki ölkənin terrorla mübarizə sahəsində əməkdaşlıq zərurəti nəzərə çatdırılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: