Now Reading:
İrandan Səudiyyəni rahatladacaq – Qərar
Full Article 30 second read

İrandan Səudiyyəni rahatladacaq – Qərar



İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edənlər barədə qərar verilib.

Axar.az xəbər verir ki, Tehran məhkəməsi səfirliyə hücumla bağlı üç nəfərin 6 ay müddətinə həbs edilməsi və 70 qırmanc cəzasına məhkum edilməsi barədə qərar çıxarıb.

Müttəhimlərdən 12 nəfər haqqında 91 gün təxirə salınmış həbs cəzası qərarı verilib, digər 5 nəfər isə bəraət alıb. Müttəhimlərin qərarla bağlı kassasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar ayında Ər-Riyadda şiə din xadimi Şeyx Nimr Baqir əl Nimrin edam edilməsindən sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum təşkil edilmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: