24 saat

İrandan gələn azərbaycanlının əl yükündən görün nə çıxdı


 

Gömrükdə əl yükündə metadon adlı dərman preparatı aşkar edilib.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Astara Gömrük İdarəsində İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada, istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: