İrandan Ərdoğana sərt reaksiya: Türkiyə terrorçu qrupları maliyyələşdirir


İran İnqlabı Keşikçilərinin komandirinin müavini Senayirad Türkiyə prezidenti Ərdoğanın Suriya ilə bağlı fikirlərinə sərt reaksiya göstərib.

Ölkə.az xəbər verir ki, Ərdoğanın “terrorçu zalım Əsədin hökmranlığını bitirmək üçün Türkiyə Suriya ərazisinə girib” fikrinə İrandan sərt reaksiya gəlib.
Ərdoğanın Əsəd barədə dediyi sözləri dəyərləndirən İran İnqlabı Keşikçilərinin komandirinin müavini Rəsul Senayirad deyib:

“Ərdoğanın Bəşər Əsəd hökumətini yıxmağa gücü çatmaz. Türkiyənin belə bir gücü olsaydı, tampon ərazi yaratma məsələsində nəaliyyət əldə edərdi”.

İranlı general Türkiyə və İordaniyanın Suriyadakı terrorçu qruplara kömək etdiyini iddia edərək, sözügedən qrupların Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyələşdirildiyini də iddia edib.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

“Türkiyənin Aİ ilə əlaqələrini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: