Loading...
Loading...

İranda şalvara görə futbolçuya futbol qadağan edilib

“The Guardian” yazır ki, İran milli futbol yığmasının oyunçusuna “ədəbsiz geyimdə” fotolarının sosial mediada paylaşılmasına görə 6 ay müddətində ölkə çempionatının matçlarında çıxış etmək qadağan olunub.

Bu fotoda futbolçu medianın “SpongeBob SquarePants” adlandırdığı dar sarı və xal-xal şalvarda əks olunub.

İran Futbol Federasiyasında əxlaq və ədəb məsələlərinə nəzarət edən komitə Tehranın populyar Persepolis komandasının 29 yaşlı qapıçısı Soşa Məkaninin dar sarı şalvarının “islam ədəb qaydalarına” zidd olduğunu bildirib.

İranın Vərzeş3 idman xəbər agentliyi yazır ki, “Soşa sarı şalvara görə cəzalandırılıb”.
Əsriran agentliyi isə yazır ki, “Şalvar Soşaya altı aya oturdu”.

Məqalədə deyilir ki, İran hakimiyyət orqanlarının insanların şəxsi həyatlarına bu sayaq
müdaxiləsi fəalların narahatlığına səbəb olub. “The Guardian” yazır ki, bu yaxınlarda aktrisa Təranə Əlidostinin biləyində feminist tatuajı göstərən fotosu ölkə mühafizəkarlarını qəzəbləndirmişdi. Bəziləri ona kinoya çəkilməyin qadağan edilməsinə çağırırdılar.
“The Guardian” yazır ki, hələ ötən ay İran xəbər agentlikləri 2014-cü ilin Dünya Çempionatında öz ölkəsini təmsil etmiş futbolçunun şalvarı ilə bağlı məsələnin araşdırıldığını xəbər vermişdi.

Sarışalvar Süngər Bob kimdir?

Qəzet bildirir ki, Məkaninin geyindiyi şalvarın ABŞ komik cizgi filmlərindəki qəhrəmanın şalvarına bənzədilməsinə səbəb şalvarın sarı rəngi olub. Sarışalvar Süngər Bob Amerikada Mickey Mouse və Barbie obrazları qədər populyardır.

“The Guardian” yazır ki, İran mühafizəkarları, xüsusən də elə bu obrazları əks etdirən oyuncaqların İran mağazalarında populyar mal olmasından narazıdırlar.

Keçmişdə belə mağazalara qarşı müxtəlif cəza və cərimə tədbirləri görülüb.

“The Guardian” yazır ki, deyəsən, Məkaninin maykasında da ingiliscə söyüş yazılıb.

Sarışalvar Süngər Bob Amerikada Mickey Mouse və Barbie obrazları qədər populyardır.
Məqalədə bildirlir ki, hakimiyyət orqanları xüsusilə də idman və mədəniyyət şəxsiyyətlərinin ictimaiyyət qarşısında necə görünmələrindən qayğılanır. Hökumət məhz bu adamların sosial mediada paylaşılan fotolarını izləyir.

Futbol Federasiyası əxlaq komitəsinin adının çəkilməsini istəməyən üzvü Vərzeş3 agentliyinə deyib ki, Məkani komitənin bu məsələ ilə bağlı dəvətinə baxmayaraq ora gəlməkdən imtina eduib. “Biz onun xarici görkəmi və bunun ictimaiyyətə təsirini nəzərə alaraq onu cəzalandırmaq qərarına gəlmişik” – deyib həmin komitə üzvü.

Şort geyinsə, asardılar

The Guardian” yazır ki, iranlılar komitənin qərarına heyrət, qəzəb və istehza ilə reaksiya veriblər.

Tvitter istifadəçilərindən biri istehza ilə yazıb ki, “Məkaninin bəxti şalvar geyinməyində olub, şort geyinsəydi, edam edərdilər”. “Soşa Məkaninin geyimi çox axmaqdır, amma bu dünyada kimin nə geyindiyi onun özünə aid bir məsələdir” – yazıb başqa bir istifadəçi.
Əsriran agentliyinin şərhçilərindən biri isə yazır ki, bütün beynəlxalq federasiyaların futbolda korrupsiyanı araşdırdığı bir vaxtda İran federasiyası futbolçuların saç düzümü və geyimi kimi cəfəng işlərlə məşğuldur.

“The Guardian” yazır ki, Məkaniyə gəlincə o, əvvəllər də hakimiyyət orqanları ilə üz-üzə gəlməli olub. O ötən yanvarda sosial mediadakı fotolarına görə müvəqqəti olaraq həbs edilmişdi.

Sosial mediada paylaşılmış həmin şəkillərdə Məkaninin yanında hicabsız qadınlar vardı (BBC).

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycan prezidentinin mükafatlandırdığı erməni boksçu: “Azərbaycana getməyim alınmır” – VİDEO

Loading...
%d bloqqer bunu bəyənir: