Advertisements
24 saat

İranda partlayış – 6 NƏFƏR ÖLDÜ, 11 NƏFƏR XƏSARƏT ALDI


İranın Əhvaz şəhərində qaz kəmərinin partlaması nəticəsində yaxınlıqdakı yaşayış evi dağılıb.

İRNA agentliyi xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Yerli yanğınsöndürmə xidmətinin rəis müavini Mahmud Ruzbahani deyib ki, partlayışa qaz kəmərindəki texniki nasazlıq səbəb olub.

Onun sözlərinə görə, həmin ev tamamilə dağılıb, qonşu binalara da zərər dəyib.

Ölənlərdən 3-ü uşaq, ikisi gənc, biri isə 55 yaşlı qadın olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: