Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qamci

İranda ad günü mərasimində şərab içdiyinə görə qamçılanan gənc qız başına gələnlərdən danışıb

İranın Məşhəd şəhərində rəfiqəsinin ad günü mərasimində şərab içdiyinə görə qamçılanan 28 yaşlı gənc qız, xaricdə fəaliyyət göstərən müstəqil jurnalist Məsih Əlinəjada açıqlamasında barəsində çıxarılan 80 şallaq zərbəsi hökmünün icrası zamanı başına gələnlərdən daışıb.

Adının mediaya açıqlanmasını istəməyən gənc qız deyib ki, o ad gününə qatıldığına görə iki il yarım əvvəl tutulsa da, barəsində çıxarılan 80 şallaq zərbəsi hökmü son günlər icra edilib: “İki il yarım əvvəl rəfiqəmin ad günü mərasiminə qatılmışdım. Rəfiqələrim və dost-tanışlarla birlikdə deyib-gülüb, şənlənir, xoş anlar keçirirdik. Lakin birdən-birə polislərin evə girməsinin şahidi oldum. Çox dəhşətli anlar idi. O səhnələri heç cürə unuda bilmirəm. Onlar, kimlik və ya məhkəmə qərarı göstərmədən bizi avtomobillərə mindirib bölməyə apardılar. Oradan isə bizi alkoqollu içkilər içib-içmədiyimizi müəyyənləşdirmək üçün “münkərat” idarəsinə köçürdülər. “Münkərat” idarəsində cüssəli və yekəpər iki qadın polis məni otaqlardan birinə salıb soyunmağımı, çılpaq şəkildə dalbadal oturub durmağımı istədi. Dedim ki, mən sizin yanınızda soyuna bilmərəm, utanıram və özümü rahat hiss etmirəm. Dedilər ki, oğlanların yanında soyunub açıq-saçıq otura bilirsiniz, burda niyə soyunmursan.

Nə isə, bizi iki sutka həbsdə saxlayıb çoxlu təhqir etdikdən sonra məhkəməyə apardılar. Məhkmədə mülki vəsiqə qarşılığında azadlığa buraxılsam da, məhkəmənin barəmdə çıxardığı hökm mənə iki il yarımdan sonra gəldi. Məhkəmənin hökmü ilə mən ad günü mərasimində şərab içməkdə günahlandırılaraq 80 şallaq zərbəsinə məhkum edilmişdim. Barəmdə çıxarılan hökmün icrası gününə yaxınlaşdıqca halım pisləşir, qorxu hissi keçirirdim. Nəhayət hökmün icrası günü gəlib çatdı. Mən zindana getməli oldum. Həbsxanada mənimlə qətl və ya cinayət törətmiş şəxs kimi davranırdılar.

Onlar əllərimi və qollarımı qandalladıqdan sonra zindan işçilərindən olan cüssəli bir qadın məni otaqlardan birinə aparıb soyundurdu və çarpayı üstündə uzatdıqdan sonra gön bir şallaqla arxamı və kürəyimi qamçılamağa başladı. Qadın, məni qamçılayarkən tez-tez deyirdi ki, dua elə Allha səni bağışlasın və günahından keçsin. Birinci zərbədən sonra fəryadım yerə-göyə sığmırdı. 80-ci zərbəyə qədər necə dözdüyümü bircə Allah bilir. Hökm artıq yerinə yetirilmişdi. Mənim isə kürəyim ağrıdan gizildəyib yanır, gözlərimdən yaş axırdı. Bütün vücudumla bağırmaq istəyir, öz ölkəmdə bu qədər tənhaqlığıma və məruz qoyulduğum bu qədər zülmə və təhqirə etiraz bildirmək istəyirdim. Axı, dünyanın harasında görünüb ki, gənc bir qızı ad gününə qatılıb şənləndiyinə görə aparıb şallaqlasınlar”.

GünAzTV

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Mayk Tayson Trampın ofisinə hücum edib – “MƏNİM ARVADIMLA YATDIN?” (VİDEO)

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: