Loading...
Loading...

İran və ABŞ arasında 2,66 milyardlıq təzminat böhranı

ABŞ-ın İrandakı diplomatik missiyanı icra edən İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə səfirinə ABŞ Ali Məhkəməsinin qəbul etdiyi qərara görə etiraz olunub.

Vaşinqton ABŞ-da müxtəlif tarixlərdə baş verən terror hücumlarına görə Tehranı ittiham edir. ABŞ Ali Məhkəməsi İranı həmin hücumlarda ölənlərin yaxınlarına 2,65 milyard dollar məbləğində təzminatı ödəməyə məhkum edib. Qərar təzminatın İranın xarici banklarda dondurulan maliyyə vəsaitlərindən əldə ediləcək gəlirlə ödənilməsini nəzərdə tutur.

İranın Xarici İşlər Nazirliyindən verilən açıqlamada qərarın beynəlxalq qanunlara və ikitərəfli razılaşmalara zidd olduğu vurğulanıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ermənistan parlamenti Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri haqda

%d bloqqer bunu bəyənir: