Advertisements
24 saat

İran-Səudiyyə Ərəbistanı qarşıdurması yenidən qızışır


Səudiyyə Ərəbistanı çoxdankı rəqibi İranı İraqın işlərinə qarışmaqda ittiham edib, bu ölkədə İran hərbi birləşmələrinin mövcudluğunu «qəbuledilməz» adlandırıb.

«İraqda pozuculuq və bölücülük İranın İraqdakı siyasətindən yaranmış məzhəbçiliyin nəticəsidir», – Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir britaniyalı həmkarı Filipp Hammondla Ciddədə birgə mətbuat konfransında deyib.

«İran İraqda sabitlik istəyirsə, müdaxiləni dayandırıb geri çəkilməlidir», – deyən nazir Tehranı müharibə gedən ölkəyə şiə döyüşçülər göndərməkdə ittiham edib.

Bu arada İranın dəstəklədiyi minlərlə şiə döyüşçü İraqın sünni şəhərinin «İslam Dövləti» qruplaşmasından alınması əməliyyatına qoşulub.

İran Bağdadın xahişi ilə bu ölkəyə hərbi müşavirlər göndərdiyini bildirir, ittihamları qəbul etmir, əksinə, Səudiyyəni ekstremizmi dəstəkləməkdə suçlayır.(azadliq.org)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: