Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İran Rusiyadan milyardlarla dollar borc pul istəyəcək

İran parlamenti hökumətə Rusiyadan borc kimi 5 milyard dollar istəməyə imkan verən sənədi təsdiqləyib.

Avropa.info xəbər verir ki, 145 deputat qərarın lehinə, 45-i əleyhinə səs verib. İranın Moskvadan almaq istədiyi pullar infrastruktur layihələrə sərf olunacaq. İlk növbədə AES, dəmir yolları, su bəndi, irriqasiya sistemləri inşa ediləcək.
İranın Rusiyadan almaq istədiyi pullar hökumətin müzakirəsinə çıxarılacaq.

İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, Rusiya ildə 2%-lə borcu təqdim etməyə hazırdır.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Erməni Moskvada bankı partlatmaqla hədələyir – VİDEO

%d bloqqer bunu bəyənir: