Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İran Qarabağ münaqişəsinin siyasi yolla həllini zəruri sayır – Açıqlama

İran Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə səylər göstərilməsini zəruri sayır. Bunu “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsində İran parlamentinin spikeri Əli Laricani bildirib.

O deyib: “Biz həmişə Azərbaycandakı və Ermənistandakı tərəfdaşlarımıza müharibə ilə bitməyəcək qərarlardan istifadə etməyi tövsiyə edirik”. Ə.Laricaninin sözlərinə görə, mövcud mexanizmlərdən biri ATƏT-in Minsk qrupudur.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılmasına toxunan İran parlamentinin sədri qeyd edib ki, bu dəhliz həmin marşrutda yerləşən bütün ölkələr üçün faydalı ola bilər. Parlamentin spikeri deyib: “Bu marşrutda yerləşən bütün ölkələr ondan öz rifahı üçün istifadə edə bilər. Buna görə də o, İran üçün də faydalı olacaq, çünki Rusiya ilə, dəhlizin uzandığı ölkələrlə, Avropa ilə, Çinlə birləşəcəyik. Oman körfəzinə çıxış əldə etdiyinə görə Şimal-Cənub Dəhlizi digər ölkələr üçün də faydalı olacaq. Bu, regionumuz üçün strateji layihədir”.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işin gedişi haqqında danışarkən Ə.Laricani vurğulayıb ki, tərəflər arasında yeraltı sərvətlərin istifadəsinə dair fikir ayrılığı var və bu ixtilafları danışıqlar yolu ilə həll etmək gərəkdir. İran parlamentinin sədri deyib: “Fikrimcə, biz həllə yaxınlaşırıq. Digər ölkələr də Xəzərin statusunun hüquqi rəsmiləşdirilməsinin vacibliyi qənaətinə gəliblər, hüquqi normaların olmaması ziyan gətirir. Buna görə də indi səylər göstərmək lazımdır, axı bu yeni təcrübədir və energetika, yeraltı sərvətlər və ekologiya məsələləri, hərbi aspektlər yaranır. Bu təcrübə uğurlu olsa, o, digər məsələlərin həlli üçün tam model ola bilər”.

İran parlamentinin sədri həmçinin bu yaxınlarda Moskvada keçirilən Avrasiya ölkələri parlament spikerlərinin iclası kimi görüşlərin vacibliyini qeyd edib. Ə.Laricani vurğulayıb: “Bu yaxşı təşəbbüsdür. Deyə bilərəm ki, parlamentlər hökumətlərə pozitiv təsir edə bilər… Avrasiya qitəsinin müxtəlif ölkələrinin parlamentariləri arasında əlaqələrin inkişafı üçün yaxşı təməl qoyulub. Öz nizamnaməsi, katibliyi olan bu orqanı institutlaşdırmaq zəruridir. Bu orqanın gələcəyi var”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ankarada terrorçu-kamikadze tutuldu

%d bloqqer bunu bəyənir: