Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İran Qarabağ danışıqlarına görə narahatdır

“Diplomatik mənbələrin məlumatına görə, hazırkı mərhələdə İran Qarabağ münaqişəsi ətrafında aparılan damışıqlardan bərk narahatdır. Məlumdur ki, aprel müharibəsindən sonra bu məsələdə tayı-bərabəri olmayan fəallaşma müşahidə edilir”.

24saat.org  xəbər verir ki, bu barədə Ermənistanda dərc olunan “Aykakan Jamanak” qəzeti yazır.

Nəşr qeyd edir ki, İran erməni tərəfinin Azərbaycana beş rayonu qaytarmasını ehtiva edən “Lavrov planı”ndan narahatdır.

“İran sərhədlərinin yaxınlığında bu cür dəyişikliklər ehtimalını öz maraqlarına uyğun gəlməyən hərəkət kimi dəyərləndirir və bu prosesə hər hansı təsir göstərməyə cəhd edir. Təsadüfi deyil ki. Rusiya prezidenti Vladimir Putinin avqust qyında Bakıya səfəri zamanı İran prezidenti Həsən Ruhani də orada olacaq. Gözlənildiyinə görə, o, bu məsələ ilə bağlı narahatlığını bildirəcək”, – qəzet yazır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir

%d bloqqer bunu bəyənir: