Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İran OPEK-in Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcək

İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcək.

AzərTAc bildirir ki, bu barədə İranın Neft Nazirliyinin rəsmi saytında məlumat verilir. Həmçinin bildirilir ki, OPEK-in baş katibi Məhəmməd Barkindo yaxın vaxtlarda İrana səfər edəcək.

Qeyd edək ki, OPEK-ə üzv və digər böyük neft istehsalçısı ölkələri nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində ən vacib mövzularda danışıqların aparılacağı gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ağ Evdən Gülənlə bağlı yeni açıqlama

%d bloqqer bunu bəyənir: