24 saat

İran neft hasilatını azaltmağa razılıq verdi


İran gün ərzində neft hasilatını 3,797 milyon barelə qədər azaldacaq. Bu barədə TASS agentliyi məlumat verib.

Qeyd edək ki, bu gün Vyanada OPEK-in rəsmi görüşü keçirilir.

Səudiyyə Ərəbistanı da gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaltmaq barədə qərar qəbul edib.

Görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.

İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: