24 saat

İran naziri Putin və Ruhaninin Bakı görüşündən danışdı


Rusiya və İran prezidentlərinin Bakı görüşü ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq.

RİA Novosti xəbər verir ki, bu barədə Ruisya-İran hökumətlərarası Komissiyasının həmsədri, rabitə və telekommunikasiya naziri Mahmud Vaezi Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşdə bildirib.

“Liderlərin 2015-ci ildə Tehranda görüşü Rusiya və İran arasında münasibətin pik nöqtəsi oldu. Bakıda avqustun 8-də Həsən Ruhani və Vladimir Putinin növbəti görüşü onları növbəti səviyyəyə çıxara bilər”, – Vaezi bildirib.

Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirlməsi planlaşdırılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: