Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İran Ermənistanla viza rejiminin ləğvini RƏSMİLƏŞDİRDİ

İran Nazirlər Kabiteninin iclasında Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair qərar rəsmiləşdirilib.

24saat.org-un xəbərinə görə, bu barədə məlumatı İranın “Mehr” agentliyi yayıb.

Məlumata görə, Nazirlər Kabiteninn iclasında bir yerə yığışan hökumət üzvləri və prezident Həsən Ruhani Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair  sənədi rəsmiləşdiriblər.

Toplantıda diplomatik və adi pasportlara malik şəxslər üçün vizaların ləğv olunması üçün qaydalar, həmçinin İran İslam Respublikası və Ermənistan Respublikası arasında yol sənədlərinin (gediş vərəqəsi) sahibləri yaradılması barədə müvafiq qərarlar qəbul edilib.

Təsdiq olunmuş sənədə əsasən, Ermənistan və İran adi və ya diplomatik pasportları ilə vətəndaşları viza almaq üçün zərurət olmadan digər ölkədə maksimum 90 gün qalmağa icazə verilir.

İran və Ermənistan arasında viza rejimi dövlətlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət məqsədi daşıyır.

Xatırladaq ki, bu ilin yunun 16-də İranın xarici işlər naziri Cavad Zərif və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iki dövlət arasında viza rejiminin  ləğvi haqqında saziş imzalayıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Rusiya Gürcüstana silah satışını bərpa etdi

%d bloqqer bunu bəyənir: