24 saat

İran baş diplomatının Bakı səfəri ertələndi – SƏBƏB


İranın Xarici işlər naziri Mühəmməd Cavad Zərifin Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb.

Bu barədə Moderator.az – a diplomatik mənbələrdən bildirilib.

Mənbənin sözlərinə görə, İran XİN başçısı M. C. Zərifin səfəri ilkin olaraq mayın 19-20-nə planlaşdırlsa da, Azərbaycan tərəfinin xahişi ilə bu səfər təxirə salınıb. Səbəb Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərin sıx iş qrafikinin olması ilə əlaqələndirilib.

Belə ki, E. Məmmədyarovun Avropa ölkələrinə səfəri bu ərəfəyə düşdüyündən, eyni zamanda Azərbaycan prezidentinin Türkiyəyə gözlənilən səfəri iranlı nazirin ölkəyə səfərini qeyri-müəyyən tarixə təxirə salınmasına səbəb olub. Ancaq səfər qüvvədədir və münasib zaman olan kimi reallaşacağı gözlənilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: