Now Reading:
İran Azərbaycan dilində təhsilə icazə verdi
Full Article 40 second read

İran Azərbaycan dilində təhsilə icazə verdi



Hökumət xalqın əksəriyyətinin türk və kürd olduğu bölgələrdəki məktəblərdə dərslərin türk və kürd dilində keçirilməsi haqqında əmr verib.

Bunu jurnalistlərə açıqlamasında İran prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi nümayəndəsi Əli Yunusi söyləyib.

Onun sözlərinə görə, artıq bu layihə Kürdüstan bölgəsində məktəblərdə tətbiq edilib. O, əsas bazanın formalaşdırılmasından sonra bu təcrübənin ölkənin digər bölgələrində də tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını müdafiə edib. O, İran Administrasiyasının Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə etdiyini bildirib.(Axar.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: