Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İran Astanadan Bakıya söz atdı: “Diqqətli olun”

İran Xəzərin dəniz sektorunun ədalətli bölünməsinin tərəfdarıdır.

Bunu Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
Onun sözlərinə görə, ədalətli nəticənin əldə olunması üçün bütün ölkələrin xüsusi coğrafi mövqeyi nəzərə alınmalıdır:
“Başqa vacib məqam təhlükəsizlik məsələsidir. Dənizin sülh məqsədləri üçün istifadəsi, silahlanmadan imtina, hərbi gücün münasibətlərdə istifadə edilməməsi, təhdidlərə qarşı birgə mübarizə və digər elementlər regionda stabilliyi təmin edəcək. Xəzəryanı ölkələr Xəzər dənizinin dibindən istifadə edərək çirkləndirici məhsulların dünya bazarlarına nəqli zamanı diqqətli və həssas olmalıdırlar”.
Qeyd edək ki, SSRİ dağıldıqdan bu yana Xəzər dənizinin statusu müəyyən oluna bilmir. Azərbaycanın bu sahədə əsas problemi Türkmənistan və İranladır. SSRİ dövründə Xəzərdə hərbi gəmi saxlamağa ixtiyarı olmayan rəsmi Tehran bu prosesdən istifadə edərək həm özünün dənizdəki payını artırmaq, həm də bölgədə Rusiya ilə bərabər əsas güc olmaq istəyir. İran hətta bunun üçün özünün Xəzərdəki donanmasına xüsusi diqqət ayırıb. (Axar.az )

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Sarkisyan Əliyevə cavab verdi: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq”

%d bloqqer bunu bəyənir: