Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İrəvanda qiyam səngimir

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına yenidən əlavə polis qüvvələri cəlb olunub.

24saat.org APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının qarşısında aksiya keçirən 200-dək etirazçı binanı ələ keçirən silahlıların ərzaqla təmin olunmasını tələb edirlər.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Qeyd edək ki, ötən gün polis əməkdaşları və silahlıları dəstəkləyən etirazçılar arasında baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ərdoğan növbəti dəfə çevrilişə cəhdin olacağını anons etdi

%d bloqqer bunu bəyənir: