Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İrəvan qiyamçılarının başı üzərində vertolyot fırlanır

İrəvanda post-patrul polisinin binasını nəzarətdə saxlayan yaraqlıların başı üzərində hərbi vertolyotun dövrə vurduğu haqda xəbər yayılıb.

Virtualaz.org xəbər verir ki, silahlı qrupun nümayəndələri vertolyotun 102-ci Rusiya hərbi bazasına məxsus olduğunu iddia edir.
İrəvanın digər rayonları üzərində də hərbi vertolyotların uçuş keçirdiyi haqda xəbərlər var. Bu, silahlı qrupa hücum əməliyyatının başlamasına hazırlıq getdiyi barədə təxminlərə yol açıb.
Hərçənd ki, Ermənistan hakimiyyəti vasitəçilik edən qarabağlı general Vitali Balasanyana vəd edib ki, silahlılara qarşı xüsusi əməliyyat keçirməyə hazırlaşmır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Qəddafi gizli hərəmxanasında azyaşlı qızları nəyə məcbur edirmiş? -DƏHŞƏTLİ FAKTLAR

%d bloqqer bunu bəyənir: