Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İrəvan Qarabağda bunu etsə… – NATO Ermənistanı bombalayacaq

Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad zamanı nümayiş olunan “İsgəndər-M” raket kompleksləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib.

Publika.az xəbər verir ki, beynəlxalq ekspertlər Rusiyanın Ermənistan ərazisində “İsgəndər-M” raketlərini NATO təhdidinə qarşı yerləşdirdiyini düşünürlər.

“Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi”nin məlumatına görə, bu ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun “Aegis” yerüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji komplekslərin tikintisinə başlanması Rusiyanı qorxuya salıb.

Moskva bəyan edib ki, NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq. Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar “İsgəndər-M”lərdən” istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib.

Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın “İsgəndər” raket sistemlərini Ermənistanda yerləşdirməsi bu ölkənin özünə qarşı acıq təhlükə faktoru yaradacaq. Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.

Digər tərəfdən, NATO “İsgəndər-M”lərdən istifadə zamanı da Ermənistanı hədəfə ala bilər. Ermənistan “İsgəndər-M”dən Qarabağda baş verə biləcək müharibədə istifadə edə biləcəyini gizlətmir. Bu isə NATO-nun da prosesə müdaxiləsi ilə nəticələnə bilər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Amerika əsgərləri Qarabağa yerləşdirilir?

%d bloqqer bunu bəyənir: